...

Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir - Əziz Ələkbərov

Siyasət Materials 5 Dekabr 2024 09:39 (UTC +04:00)
Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir - Əziz Ələkbərov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əziz Ələkbərov deyib.

O qeyd edib ki, Ermənistanın öz ərazisindən azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarmış və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb.

"Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurmuşdur. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb.

Bu tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, ədalət, sülh və barışıq yolunda apardığımız mübarizənin başlanğıc nöqtəsini izah etməkdir. Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik. İcmamızın ötən il qəbul etdiyi Qayıdış Konsepsiyası, beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək verməyə çağıran mühüm bir sənəddir. BMT, UNESCO, İslam Əməkdaşlığı Təşkilatı və digər mötəbər beynəlxalq qurumlarla qurulan dialoq çərçivəsində bu hüquqlarımızın müdafiəsini davam etdiririk”,- deyə o bildirib.

Ə.Ələkbərov vurğulayıb ki, ədalətin bərpası və bölgədə davamlı sülhün qurulması yalnız Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin edilməsi ilə mümkündür.

“Bu prosesdə beynəlxalq ictimaiyyətin dəstəyi əvəzolunmazdır. Təəssüf ki, Ermənistan hökumətinin konstruktiv dialoqa hazır olmaması bu məsələni çətinləşdirir. Buna baxmayaraq, biz sülh və dialoq prinsipləri əsasında haqq işimizi davam etdirməkdə qərarlıyıq.

Azərbaycan dünyada qaçqın və məcburi köçkün nisbətinin ən yüksək olduğuölkələrdən biri olsa da, humanitar dəyərlərindən geri çəkilməmiş, müxtəlif humanitar təşəbbüslərlə dünya miqyasındaköçkünlük problemlərinin həllinə öz töhfəsini verib.

Qeyd edim ki, bizim İcmamız da bu proseslərdən kənarda qalmır – bu ilin əvvəlində üzvlərimizin ianəsi hesabına BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına maliyyə töhfəsi etdik.

Biz əminik ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə təsbit edilmiş qayıdış hüququnun təmin edilməsi yalnız insan hüquqlarının qorunmasının əsas şərti deyil, həm də xalqlar arasında birgəyaşayışın təşviq edilməsi və köçkünlükprobleminin davamlı həlli üçün ən effektiv yoldur. Ona görə biz maarifləndirmə, elmi tədqiqatların dəstəklənməsi, siyasi təşəbbüslər və bu kimi davamlı tədbirlər keçirilməklə qayıdış hüququnun təşviq edilməsi sahəsində səylərimizi davam etdirəcəyik”,- deyə o əlavə edib.

Qeyd edək ki, konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.

Tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək.

Xatırladaq ki, dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı ötən il də analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti