...

Ceyhun Bayramov isveçli həmkarı ilə Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə etdi

Siyasət Materials 5 Dekabr 2024 18:17 (UTC +04:00)
Ceyhun Bayramov isveçli həmkarı ilə  Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının xarici işlər naziri Maria Stenerqard ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər cari regional vəziyyəti və Azərbaycan-Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

Qeyd edilib ki, Ceyhun Bayramov Ermənistan konstitusiyasında ərazi iddiası kimi qalan problemləri İsveç nazirinin diqqətinə çatdırıb.

Qeyd edək ki, görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Maltada baş tutub.

Xəbər lenti

Xəbər lenti