...

Azərbaycan 2025-ci ildə MDB çərçivəsində keçiriləcək tədbirlərə fəal hazırlaşır – Əli Əsədov

Siyasət Materials 12 Dekabr 2024 13:35 (UTC +04:00)
Azərbaycan 2025-ci ildə MDB çərçivəsində keçiriləcək tədbirlərə fəal hazırlaşır – Əli Əsədov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2025-ci ildə MDB çərçivəsində keçirilməsi planlaşdırılan tədbirlərə fəal hazırlıq aparır.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

"Görüş çərçivəsində 2025–2026-cı illər üçün humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planının təsdiqi nəzərdə tutulur ki, bu da, şübhəsiz, qarşılıqlı əlaqələrimizin humanitar komponentinin dərinləşdirilməsinə müsbət təsir göstərəcək.

2025-ci ildə MDB çərçivəsində mühüm mədəni və idman tədbirlərinin keçirilməsi planlaşdırılır, Azərbaycan bu tədbirlərə fəal hazırlıq aparır", – deyə o bildirib.

Baş nazir qeyd edib ki, Azərbaycan MDB-nin “Birliyin mədəni paytaxtları” Dövlətlərarası Proqramı çərçivəsində əməkdaşlığa böyük önəm verir.

"Cari ilin 8 oktyabr tarixində Dövlət Başçıları Şurasının qərarına əsasən, Azərbaycanın Laçın şəhəri 2025-ci il üçün Birliyin Mədəni Paytaxtı elan edilib. Azad edilmiş Laçın şəhəri bu gün sürətlə bərpa olunur. Təbii gözəlliklərə və çoxəsrlik tarixə malik şəhərdə genişmiqyaslı infrastruktur və sosial layihələr sürətlə həyata keçirilir, həyatın bərpasına və iqtisadi rifaha yönəlmiş addımlar atılır.

"Böyük Qayıdış" proqramı çərçivəsində artıq Laçına 2 mindən çox insan qayıdıb və gələn il Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Əminəm ki, Birliyin mədəni paytaxtı statusu Laçın şəhərinin bütün mədəni zənginliyini və müxtəlifliyini layiqincə təqdim etməsinə imkan yaradacaq", – deyə Ə.Əsədov əlavə edib.

Əli Əsədov xatırladıb ki, gələn il Azərbaycanda III MDB Oyunları keçiriləcək.

"Bildiyiniz kimi, Birliyin idman paytaxtı Gəncə şəhəri olacaq. Əminik ki, idman paytaxtı statusunun verilməsi şəhərin idman potensialını üzə çıxaracaq və idman turizminin inkişafı üçün əlverişli şərait yaradacaq", – deyə Baş nazir vurğulayıb.

Xəbər lenti

Xəbər lenti