Bakı. Trend:
41 şəxs 2024-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub.
Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev bu gün keçirilən prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında çıxışı zamanı deyib.
"41 şəxs 2024-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub. Onlardan, 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - o bildirib.
Baş prokuror, həmçinin, qeyd edib ki, 382 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.