...

Azərbaycan XİN Holokost qurbanlarını yad edib

Siyasət Materials 27 Yanvar 2025 12:52 (UTC +04:00)
Azərbaycan XİN Holokost qurbanlarını yad edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 27 yanvar- Holokost qurbanlarının Beynəlxalq anım günü ilə əlaqədar "X" sosial şəbəkəsində paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"27 Yanvar - Beynəlxalq Holokostu Anma Günündə biz bəşər tarixinin vəhşiliklərindən birinin qurbanlarını yad edirik.

Biz dini və etnik nifrət, soyqırım və insanlığa qarşı cinayətlərə qarşıyıq, antisemitizm və ksenofobiyanın bütün formalarını, dözümsüzlüyün təzahürlərini pisləyirik"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti