...

Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşları artırılıb

Siyasət Materials 27 Yanvar 2025 17:20 (UTC +04:00)
Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının maaşları artırılıb
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti