...

İqdır-Naxçıvan təbii qaz boru kəməri Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il təmin edəcək - Ərdoğan

Siyasət Materials 5 Mart 2025 19:32 (UTC +04:00)
İqdır-Naxçıvan təbii qaz boru kəməri Naxçıvanın təbii qaz ehtiyacını ən azı 30 il təmin edəcək - Ərdoğan
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ankara. Trend:

İqdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq.

Trend xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində çıxışında səsləndirib.

Prezident Ərdoğan qeyd edib: “BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq”.

Xəbər lenti

Xəbər lenti