...

Bakı və İrəvan bir-birinə qarşı beynəlxalq müstəvidə qaldırılan iddiaları geri götürməyi müzakirə edir - Mirzoyan

Siyasət Materials 12 Mart 2025 14:54 (UTC +04:00)
Bakı və İrəvan bir-birinə qarşı beynəlxalq müstəvidə qaldırılan iddiaları geri götürməyi müzakirə edir - Mirzoyan
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan və Azərbaycan beynəlxalq platformalarda bir-birinə qarşı qaldırdıqları iddiaları geri götürməyin mümkünlüyünü müzakirə edirlər.

Trend xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.

“Bəli, biz beynəlxalq hüquqi meydançalarda bir-birimizə qarşı olan mübahisələr, iddialar və şikayətlərdən imtina etməyin (mümkünlüyünü - red.) müzakirə edirik”, - deyə Mirzoyan bildirib.

O, əlavə edib ki, rəsmi İrəvan və Bakı eyni zamanda Ermənistan-Azərbaycan dövlət sərhədlərindən üçüncü tərəflərin kənarlaşdırılması məsələsini müzakirə edir.

Ermənistan XİN rəhbəri hesab edir ki, müvafiq konstruktiv yanaşma tətbiq etməklə qısa müddət ərzində Azərbaycan və Türkiyə ilə münasibətlərdə nəzərəçarpan irəliləyişlərə nail olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti