...

12-ci Bakı Qlobal Forumu açıq müzakirələr üçün önəmli meydançaya çevriləcək - İsmayıl Serageldin

Siyasət Materials 12 Mart 2025 15:59 (UTC +04:00)
12-ci Bakı Qlobal Forumu açıq müzakirələr üçün önəmli meydançaya çevriləcək - İsmayıl Serageldin
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

12-ci Bakı Qlobal Forumu açıq və məzmunlu müzakirələr üçün aparıcı dünya liderlərini, beynəlxalq təşkilat nümayəndələrini və alimləri bir araya gətirən əlamətdar hadisə olmağı vəd edir.

Trend xəbər verir ki, bunu Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin həmsədri, Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Serageldin 12-ci Bakı Qlobal Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

“Forum təxminən 400 iştirakçını bir araya gətirir ki, onların arasında azı 50 hazırkı və ya keçmiş prezidentlər və baş nazirlər, o cümlədən, BMT agentliklərinin rəhbərləri və akademik dairələrin aparıcı nümayəndələri yer alır”, - deyə o bildirib.

Onun sözlərinə görə, təcrübə toplamaq və analitik qənaətlərə gəlmək üçün müzakirələrin açıq, səmimi və hədəfli olması vacibdir.

İsmayıl Serageldin qeyd edib ki, builki forum xüsusi önəm daşıyacaq, belə ki, dünya irimiqyaslı dəyişikliklərlə üz-üzə qalıb.

“Dünyanın yeni düzəni necə olacaq? Sülh və inkişafın perspektivləri necədir? Məhz bu suallar müzakirələrdə mərkəzi yer tutacaq və o cür nüfuzlu şəxsiyyətlərin tədbirdə iştirakı ona xüsusi dəyər qatmış olur”, - deyə o bildirib.

İsmayıl Serageldin bildirib ki, tez-tez dəyişən beynəlxalq situasiya qarşıdakı müzakirələrə əlavə əhəmiyyət verir.

“Forum imkanlar və çağırışlar yaradan, onların həllini tələb edən yeni ittifaqların perspektivlərini nəzərdən keçirmək üçün unikal imkan təklif edir. Bu, son illərin ən maraqlı və məzmunlu tədbirlərdən biri olacaq”, -deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti