Bakı. Trend:
Azərbaycan hərbçiləri Türkiyədə keçirilən “Şərqi Aralıq Dənizi-2025” Dəvət Təliminin müşahidəçi günündə iştirak ediblər.
Trend xəbər verir ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi X səhifəsində yayıb.
Məlumata görə, təlimə Azərbaycandan dəniz desantı heyəti, ABŞ-dən terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistandan dəniz patrulu təyyarəsi qatılıb.
Bundan əlavə, 19 ölkə müşahidəçi qismində iştirak edib.
