...

ABŞ-nin briqada generalının rəhbərliyi ilə nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Siyasət Materials 3 Dekabr 2025 11:11 (UTC +04:00)
ABŞ-nin briqada generalının rəhbərliyi ilə nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan ABŞ-nin Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik, Əməkdaşlıq və Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə direktor müavini, briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı Səfirliyi "X" sosail şəbəkə hesabında paylaşım edib.

"ABŞ-nin Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik, Əməkdaşlıq və Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə direktor müavini, briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları ilə birgə Vətən uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla anmaq üçün Şəhidlər xiyabanını ziyarət edib", - paylaşımda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti