Bakı. Trend:
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında paylaşım edib.
Görüş ATƏT-in Vyana şəhərində keçirilən Nazirlər Şurasının 32-ci iclası çərçivəsində baş tutub.
“Müzakirələr Azərbaycan və Birləşmiş Krallıq arasındakı əməkdaşlığın hazırki vəziyyəti və perspektivlərini, habelə siyasi dialoq, enerji təhlükəsizliyi, ticarət və investisiya kimi məsələləri ehtiva edib. Onlar eyni zamanda regional inkişaf və Azərbaycan –Birləşmiş Krallıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi imkanları ilə bağlı fikir mübadiləsi aparıblar”, - paylaşımda qeyd olunub.
