...

Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb (FOTO)

Siyasət Materials 4 Dekabr 2025 20:20 (UTC +04:00)
Ceyhun Bayramov kiprli həmkarı ilə görüşüb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclasının çərçivəsində Kiprin xarici işlər naziri Konstantinos Kombos ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə 2026-cı ilin birinci yarısında Kiprin Avropa İttifaqı Şurasına sədrliyi ilə bağlı planlar, eləcə də daha geniş regional vəziyyət müzakirə olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti