...

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə müştərək layihələri müzakirə edib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 5 Dekabr 2025 01:07 (UTC +04:00)
Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə müştərək layihələri müzakirə edib (FOTO) (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlər üzrə inkişaf dinamikası müsbət qiymətləndirilib, iki ölkə arasında dostluq, qarşılıqlı dəstək və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlığın regionda sabitlik və inkişaf üçün mühüm rol oynadığı qeyd edilib.

Görüşdə, ikitərəfli iqtisadi və ticarət əlaqələri, o cümlədən enerji, nəqliyyat-logistika istiqamətlərində indiyədək həyata keçirilmiş müştərək strateji layihələr barədə fikir mübadiləsi aparılıb. Regionda nəqliyyat-kommunikasiya dəhlizlərinin gücləndirilməsinin hər iki ölkənin, eləcə də bütün regionun rifahı üçün strateji əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı ətraflı məlumat verib. Vaşinqtonda əldə olunmuş razılıqların regionda sülh gündəliyinin irəliləməsi baxımından mühüm dönüş nöqtəsi olduğu vurğulanıb, ölkəmizin proses çərçivəsində gözləntiləri diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

xxx

21:42

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurasının iclası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Bildirilib ki, görüşdə nazirlər Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının müsbət dinamikasını yüksək qiymətləndirib, dostluq və qarşılıqlı dəstək ruhunda inkişaf edən münasibətlərin regional sabitlik və inkişaf baxımından əhəmiyyətini vurğulayıblar.

"Tərəflər enerji, nəqliyyat-logistika sahələrində əməkdaşlıq, elektrik enerjisi və yaşıl enerji üzrə yeni birgə layihələr, həmçinin mədəni və humanitar əlaqələrin genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifaha nail olmaq üçün səylər vurğulanıb", - deyə paylaşımda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti