...

Deportasiya prosesi həm Çar imperiyası, həm də Sovet İttifaqı zamanı baş verib - Yaşar Sarı

Siyasət Materials 5 Dekabr 2025 10:02 (UTC +04:00)
Deportasiya prosesi həm Çar imperiyası, həm də Sovet İttifaqı zamanı baş verib - Yaşar Sarı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanlılar öz tarixi torpaqlarından çıxarıldığı birinci deportasiya dalğaları 1905–1906, daha sonra 1918–1920, 1948–1953 və 1987–1994-cü illərdə baş verib.

Trend xəbər verir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzususunda lll Beynəlxalq Konfransda İbn Haldun Universitetinin Heydər Əliyev adına Avrasiya Araşdırmalar Mərkəzinin direktoru professor Yaşar Sarı deyib.

O qeyd edib ki, deportasiya prosesi həm Çar imperiyası dövründə, həm də Sovet İttifaqı zamanı baş verib.

"Qərbi azərbaycanlılar öz tarixi torpaqlarından tamamilə çıxarılıblar. Bu yolla demoqrafik struktur köklü şəkildə dəyişdirilib. Buna görə də, Qərbi Azərbaycana qarşı tarixi ədalətsizlik baş verib"

Y.Sarı bildirib ki, ilk növbədə, həmin insanların öz vətənlərinə qayıtmaq hüququnu vurğulayan hüquqi sənədlərə diqqət yetirmək vacibdir.

Xəbər lenti

Xəbər lenti