...

Müharibə heç vaxt mədəni irsin qorunmasına kömək etməyib - Harvard Universitetinin professoru

Siyasət Materials 5 Dekabr 2025 10:36 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Müharibə heç vaxt mədəni irsin qorunmasına kömək etməyib.

Trend xəbər verir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol” mövzusunda keçirilən III Beynəlxalq Konfransın panel sessiyasında Harvard Universitetinin tədqiqat direktoru Mark Nathan Kramer bildirib.

O qeyd edib ki, on doqquzuncu əsrə qədər beynəlxalq hüquq mütəxəssisləri mədəni irsi beynəlxalq hüququn müvafiq subyekti kimi görmürdülər. Bu isə müharibə edən tərəflərin düşmənin əmlakını, hətta müqəddəs olsa belə, məhv etmək və ya talamaq hüququna malik olmasını şərtləndirib

"Minilliklər ərzində müharibə mədəni obyektlərin dağıdılması, talan edilməsi və uzun müddət mədəniyyət obyektlərinə girişin qadağan edilməsi ilə müşayiət olunub", – o bildirib.

Professor əlavə edib ki, mədəni irsin məhv edilməsi və talanması təhlükəsi dövlətləri döyüşməkdən çəkindirəcək və yarana biləcək müharibələri həll etmək üçün onları daha sürətli hərəkət etməyə vadar edəcək.

Xəbər lenti

Xəbər lenti