...

Türk dünyası böyük iqtisadi potensiala malikdir - TDT-nin Baş katibi

Siyasət Materials 5 Dekabr 2025 11:55 (UTC +04:00)
Türk dünyası böyük iqtisadi potensiala malikdir - TDT-nin Baş katibi
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların təhlükəsiz əmək şəraitini təmin etmək də prioritetlərimizdəndir.

Trend xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubançıbek Ömüralıyev bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın sədrlik etdiyi bu toplantı təşkilatın inkişafına mühüm töhfə verir:

"175 milyon əhalisi olan türk dünyası böyük iqtisadi potensiala malikdir. 2024-cü ildə ümumdaxili məhsulumuz 2.1 trilyon ABŞ dollarını keçib. Bu rəqəmlər regionumuzun dinamizmini və artan sosial aktivliyini göstərir.

Əldə etdiyimiz bu iqtisadi dinamikanı inkişaf etdirərək türk dünyasına fayda vermək üçün əməkdaşlıq vacibdir. Türk dünyasını bütün sahələrdə inteqrasiya etmək əsas məsələdir. Güclü əmək bazarı və xalqın rifahını qoruyan sistem olmadan davamlı iqtisadi inkişaf mümkün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti