...

YURİ MERZLYAKOV: DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN SÜLH YOLU İLƏ NİZAMLANMASI ÜZRƏ PARİSDƏKİ DANIŞIQLARDA YENİ ÜMİDVERİCİ PERSPEKTİVLƏR YARANIB

Siyasət Materials 22 İyun 2005 15:50 (UTC +04:00)
İyunun 16-18-də Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri səviyyəsində keçirilən danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi çərçivəsində "yeni ümidverici vəəlavə perspektivlər" yaranıb. Bu barədə iyunun 22-də Trend ə ATƏT-in Minsk qrupunun Rusiyadan olan həmsədri Yuri Merzlyakov bəyan edib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin ümumi fikri belədir ki, nazirlər Elmar Məmmdyarovun və Vardan Oskanyanın  görüşü "çox müsbət" keçib. "Hər halda Azərbaycan və Ermənisğtan prezidentlərinin Vaarşava görüşündə  əldə olunmuş müsbət impuls saxlanılır ... Danışıqlar bizim regiona çox güman ki, iyulun 10-da başlayacaq səfərimizin gedişində davam edəcək", - deyə diplomat qeyd edib.
Y.Merzlyakovun sözlərinə görə, təbii ki, danışıqlarda "çətin müzakirə olunan" məsələlərə xüsusi yer  ayrılacaq. "Heç də bütün aspektlərdə razılığa gəlmək mümkün olmayıb, yoxsa heç danışıqları davam etdirməyə ehtiyac olmazdı", - deyə o əlavə edib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müəyyən sənədin hazırlanması ilə bağlı iş aparılması ilə bağlı suala cavab verərkən həmsədr bildirib: "Hazırda nizamlanmanın əsasları üzrə sənədin hazırlanması ilə bağlı iş aparılır. Daha doğrusu, sənədin hansı əsasda tərtib olunacağı əsas komponent olacaq. Bu sənəd artıq ekspertlərin nümayəndə heyəti tərəfindən hazırlanacaq", - deyə diplomat bildirib və qeyd edib ki, hələlik  ekspertlərin nümayəndə heyətinə kimlərin - prezidentlərin xüsusi nümayəndələrinin və ya nazir müavinlərinin rəhbərlik edəcəyini söyləmək çətindir. Bu məsələni münaqişə tərəfləri müəyyən edəcəklər.
Y.Merzlyakov Ermənistan və Azərbaycan prezidentlərinin növbəti birbaşa görüşünün avqustun 27-də MDB dövlət başçılarının Kazanda keçiriləcək sammiti zamanı baş tutacağı barədə bəyanata da fikrini bildirib. "Mən bunu 100 faizlik əminliklə deyə bilmərəm. Çünki biz bunu  regiona səfərimiz zamanı prezidentlərin özlərindən eşitməliyik", - deyə o bildirib.
Xəbər lenti

Xəbər lenti