...

ƏLİ ƏHMƏDOV:"DÖVLƏT BAŞÇISININ SİYASİ PARTİYALARIN DİALOQUNA QATILMASINA EHTİYAC YOXDUR"

Siyasət Materials 25 İyun 2005 13:55

Trend-i buradan izləyin

"Prezident İlham Əliyevin siyasi partiyaların iştirakı ilə keçirilən dialoqda iştirakına heç bir ehtiyac yoxdur". Bu haqda hakim Yeni Azərbaycan Partiyasının(YAP) icra katibi, millət vəkili Əli Əhmədov Trend ə müsahibəsində bildirmişdir.

Onun sözlərinə görə, indiyədək keçirilmiş görüşlərdə siyasi partiyalar arasında münasibətlərin yaradılmasına dair fikir mübadiləsi aparıldığından belə görüşlərə ölkə prezidentinin qatılması mənasızdır.

"YAP müxtəlif siyasi partiyalar arasında dialoqun təşəbbüskarı olduğu üçün, belə görüşlərin davam etdirilməsinə tərəfdardır. Ümumilikdə götürdükdə isə,biz indiyədək artıq iki raunda keçirilmiş bu görüşlərdən razıyıq . Hesab edirik ki, həmin görüşlər kifayət qədər səmərəli keçmişdir.

O ki, qaldı siyasi partiyaların görüşünə Azərbaycan prezidenti İlham Əliyevin iştirakına, dövlət başçısı daha mühüm işlərlə məşğul olduğu üçün belə tədbirlərdə iştirakı vacib deyildir",-deyə Əli Əhmədov vurğulamışdır.

Onun sözlərinə görə, siyasi partiyaların dörüşündə indiki format dəyişdirilməyəcəkdir.

Xəbər lenti

Xəbər lenti