...

İLHAM ƏLİYEV: AZƏRBAYCANDA "MƏXMƏRİ İNQİLAB" IN BAŞ VERMƏSİ ƏSASSIZDIR

Siyasət Materials 28 İyun 2005 19:40 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycanda "məxməri inqilab" ın baş verməsini istisna edir. Trend agentliyi xəbər verir ki, iyunun 28-də bu barədə İlham Əliyev Türkiyənin"CNN Turk" telekanalının informasiya koordinatoru Gürkan Zənginə müsahibəsində bəyan edib.

Prezident İ.Əliyevin fikrincə, Azərbaycanla hakimiyyət dəyişikliyi baş vermiş bəzi postsovet dövlətləri arasında paralellər aparıla bilər. Amma hər bir xalqın öz tarixi vardır və hər bir dövlətdə ayrı-ayrı götürüldükdə, daxili siyasi proseslər müxtəlifdir.

"Azərbaycan xalqının məhəbbətinə və ehtiramına arxalanaraq mən öz vəzifələrimi inamla və cəsarətlə yerinə yetirirəm" - deyə Azərbaycan prezidenti qeyd edib.

Prezident İ.Əliyev qeyd edib ki, Ukrayna rəhbərliyində dəyişiklik xalqla hakimiyyət qurumları arasında yığılıb qalmış problemlərlə bağlı olaraq baş verdi.Azərbaycanda hər hansı "inqilabların" keçirilməsi üçün əsas yoxdur.

Prezident həmçinin qeyd edib ki, digər dövlətlərin Azərbaycandakı daxili vəziyyətə təsiri çox aşağıdır.İ.Əliyevin fikrincə,Azərbaycan müxalifət nümayəndələrinin Türkiyəyə özəl səfərləri Azərbaycanın hakim dairələrində narahatlıq yaratmır, belə ki, "onlar respublika rəhbərliyi üçün ciddi rəqib deyil".

Eyni zamanda Azərbaycan dövlətinin başçısı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üzrə danışıqlar prosesini danışıqların sonuncu turunun yekunlarını "ümidverici" hesab edərək qiymətləndirib.

Azərbaycan prezidenti qeyd edib ki, sadəcə Ermənistan tərəfinin fəal danışıqları davam etdirməkdən başqa yolu yoxdur."Azərbaycan Dağlıq Qarabağın erməni icmasına imtiyazlı haqlar, eləcə də təhlükəsizliyə zəmanətverməyə hazırdır.Mən əminəm ki, həmin problem məhz həmin kontekstdə həll ediləcək"- deyə Azərbaycan prezidenti qeyd edib.O, qeyd edib ki, "Ermənistan-Azərbaycan münaqişəsinin qan tökülmədən həllinə" inanır.

Xəbər lenti

Xəbər lenti