...

10 İYUL AKSİYASI İLƏ BAĞLI BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNƏ MÜRACİƏT OLUNUB

Siyasət Materials 29 İyun 2005 17:53 (UTC +04:00)

"Azadlıq" seçki blokunun iyulun 10-da keçirəcəyi yürüş-mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət olundu. Bu barədə Trend ə AXCP-dən məlumat verilib. Müraciətdə bildirilib ki, "Azadlıq" seçki bloku iyulun 10-da saat 17.00-dan başlayaraq metronun 20 Yanvar stansiyasından "Qələbə" meydanınadək yürüş, saat 19.00-dək isə meydanda mitinq keçirməyi nəzərdə tutur.

Aksiya ölkədə azad seçki keçirilməsi və bütün namizədlər üçün bərabər şəraitin yaradılması, vətəndaşların sərbəst toplaşmaq hüququnun təmin olunması və digər tələblərlə keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciəti AXCP, ADP və Müsavat partiyalarının Təşkilat Komitələrinin sədrləri imzalayıblar.

Xəbər lenti

Xəbər lenti