...

RƏCƏB TAYYİB ƏRDOĞAN: AZƏRBAYCANIN QARŞIDAKI PARLAMENT SEÇKİLƏRİNDƏN ÜZÜAĞ ÇIXACAĞINA İNANIRIQ

Siyasət Materials 30 İyun 2005 18:45 (UTC +04:00)

Trend-i buradan izləyin

"Azərbaycanın demokratik dəyərləri anlayan İlham Əliyev kimi dövəlt başçısı vardır. Odur ki, Azərbaycanın qarşıdakı parlamaent seçkisindən üzüağ çıxacığına inanırıq" Trend xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan Türkiyənin başnaziri Rəcəb Tyub Ərdoğan iyunun 30-da Milli Məclisdə deputatlar qaşısında çıxışı zamanı bildirmişdir. Onun sözlərinə görə, qarşıdakı parlament seçkilərində Türkiyə əlindən gələn hər bir dəstəyi Azərbaycana edəcəkdir. "Azərbaycanla bizim əlaqələrimiz təkçə hər hansı bir öblkə ilə olan əlaqə deyildir. Biz ortaq bir dili və mədəniyyəti bölüşürük deyə Türkiynəi6n baş naziribildirmişdir.Son illərdə Azərbaycanın Aroatlantik məkana inteqrasiyasını alqışladığını qeyd edən R.T.Ərdoğan çox yaxın illərdə Azərbaycanın Cənubi Qafqpzda ən zəngin və ən güclü dövlətə çevriləcəinə Türkiyənin inandığını bilşdirmişdir. Ölkəsinin Avropa İttifaqı ilə əlaqələrindən danışan Turkiyəçnin baş naziri,bu quruma daxil olduqdan sonra Türkiyənin qonşu dövlətləri və o cümlədən Azərbaycanın da qurua üzvülük məsələsində öz dəstəyini verəcəyini bildirmişdir. İki ölkə arasında siyasi əlaqələrin lazımi səviyyədə qurulduğunu qeyd edən R.T.Ərdoğan bunula belə iqtisadi əlaqələrdə bəzi geriləmələrin olduğunu qeyd etmişdir. O iki ölkə arasında 2004 ildç tixarət dövriyyəsinin təqribən 500 milyon dollar oldkğunu qeyd edərək, qarşıvdakı illərdə bu göstərəicinin artırılmasına çalışacağını bildirmişdir. Azərbaycanın dövlət müüstəgilliyini elan etdiyindən sonra, 1991-ci ilin 9 noyabrında onu tanıyan ilk dövlətin Türkiyə olduğunu qeyd edən R.T.Ərdoğan ölkəsinin hər zaman Azərbaycanın yanında olacağını və bütün beynəlxalq təşkilatlarda ona dəstək verəəyini vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti