...

AŞPA LİBERALLARININ LİDERİ DEMOKRATİK İSLAHATLAR PARTİYASININ TƏSİS QURULTAYININ İŞTİRAKÇILARINA MƏKTUB GÖNDƏRİB

Siyasət Materials 2 İyul 2005 13:55 (UTC +04:00)
AŞPA LİBERALLARININ LİDERİ DEMOKRATİK İSLAHATLAR PARTİYASININ TƏSİS QURULTAYININ İŞTİRAKÇILARINA MƏKTUB GÖNDƏRİB

Trend agentliyi xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) liberallarının lideri Matias Yorsi Demokratik islahatlar partiyasının iyulun 4-də Bakıda keçiriləcək təsis qurultayının iştirakçılarına məktub göndərib.

"Mən salamlarımı bizim azərbaycanlı həmkarlarımızla Birləşmiş Avropanın azadlığı və çiçəklənməsi naminə birgə səy etdiyimiz Avropanın ürəyi olan Strasburqdan göndərirəm" -deyə müraciətdə qeyd olunur.

M.Yorsinin fikrincə, Azərbaycan demokratları və liberalları demokratiyaya sədaqət və dəyişikliklərə hazır olduqlarını nümayiş etdirməlidirlər. "Mən Strasburqda azərbaycanlı siyasətçilərlə sıx əməkdaşlıq edirdim.Mən çox inanıram ki, Azərbaycan demokratları Asim Mollazadənin onların lideri olması ilə fəxr edirlər.O, Belorusiyada və Avropada demokratiya və azadlıq uğrunda mübarizə aparan böyük humanist və siyasətçidir.Avropa demokratları arasında belə bir inam vardır ki, o, seçkilərdə Azərbaycan liberal və demokratlarına başçılıq etməyə və onları qələbəyə çatdırmağa hazırdır" - deyə məktubda qeyd olunur.

Xəbər lenti

Xəbər lenti