...

GƏDƏBƏYDƏ YENİ İŞ YERLƏRİ AÇILIR

Siyasət Materials 6 İyul 2005 12:12 (UTC +04:00)

Ölkə rəhbərinin "Regionların sosial-iqtisadi inkişafı haqqında" Dövlət Proqramının qəbul olunmasından ötən müddətdə Gədəbəy rayonunda 1232 iş yeri açılıb. Bunlardan 418 yeni, 110 bərpa olunan, 644 müvəqqəti və 60 mövsümi iş yeridir. Məlumat Trend agentliyinin bölgə müxbirinə İqtisadi İnkişaf Nazirliyin Gəncə-Qazax Regional İnkişaf şöbəsinin rəhbəri Azər Muradov tərəfindən verilib.

Onun sözlərinə görə başqa rayonlar kimi Gədəbəydə də son 6 ayda fəaliyyətə başlayan müəssisələr sırasında Qənnadı məmulatları sexi, "Fərid" iaşə müəssisəsi, "Göyyurd" süfrə suyu istehsal sahəsi yer alıb. Rayonun Kiçik Qaramurad və Slavyanka kəndlərində "Narzan" mineral su istehsalı müəssisələri öz fəaliyyətini bir qədər də genişləndirib. Qeyd edək ki, adı çəkilən müəssisə Sahibkarlığa Kömək Milli Fondun ayırdığı vəsait hesabına işləyən sexlərin sayını 6-a çatdırıb. Orada 3 çeşiddə mineral su hazırlanır. Daxili bazarla yanaşı, Qonşu Gürcüstan və Rusiyaya da ixrac olunur. Müəssisədə 50-ə qədər işçi çalışır.

Xəbər lenti

Xəbər lenti