...

"AZADLIQ" BLOKUNUN NÜMAYİŞ MİTİNQİ TOQQUŞMASIZ KEÇİR

Siyasət Materials 10 İyul 2005 18:37 (UTC +04:00)
"AZADLIQ" BLOKUNUN NÜMAYİŞ MİTİNQİ TOQQUŞMASIZ KEÇİR

"Azadlıq" müxalifət blokunun nümayiş mitinqi toqquşmasız keçir. Bu barədə Trend agentliyinə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev xəbər verib.

Nümayiş mitinqi saat 5:00-da "20 Yanvar" metro stansiyası yaxınlığında başlayıb. Buradan iştirakçılar mitinqin keçiriləcəyi "Qələbə" meydanına doğru hərəkət ediblər.Y. Əliyevin sözlərinə görə, heç bir pozuntu qeydə alınmayıb.

Y. Əliyev mitinqdə iştirak edənlərin sayını söyləməkdə çətinlik çəkərək, qeyd edib ki, hazırda onların sayı hesablanır və bu barədə Bakı şəhər BPİ tərəfindən məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti