...

"AZADLIQ" BLOKUNUN NÜMAYİŞ MİTİNQİ TOQQUŞMASIZ KEÇİB

Siyasət Materials 10 İyul 2005 19:49 (UTC +04:00)
"AZADLIQ" BLOKUNUN NÜMAYİŞ MİTİNQİ TOQQUŞMASIZ KEÇİB

"Azadlıq" seçki müxalifət blokunun iyulun 10-da baş tutmuş nümayiş mitinqi toqquşmasız və sakit şəraitdə keçib. Bu barədə Trend agentliyinə Bakı şəhər Baş Polis İdarəsinin (BBPİ) rəis müavini Yaşar Əliyev bildirib.

Onun sözlərinə görə, mitinq zamanı heç bir pozuntu qeydə alınmayıb, hər şey müəyyən olunmuş qayda üzrə gedib. "Aksiya iştirakçıları qabaqcadan qəbul edilmiş şüarlardan kənara çıxmayıb", - deyə, o əlavə edib.

Y. Əliyev aksiyada 5 minə qədər adamın iştirak etdiyini qeyd edib. Aksiya iştirakçıları isə mitinqdə on minlərlə adamın iştirak etdiyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti