...

BU HƏFTƏ MÜXALİFƏTİN MİLLİ KOORDİNASİYA MƏRKƏZİ YARADILACAQ

Siyasət Materials 11 İyul 2005 12:32 (UTC +04:00)

Bu həftə müxalifət partiyalarının Milli Koordinasiya Mərkəzi (MKM) yaradılacaq. Bu barədə Trend ə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı məlumat verib. O, bildirib ki, MKM-in yaradılması ilə bağlı sazişi ilkin olaraq 23 partiya imzalayacaq. S.Rüstəmxanlının sözlərinə görə, təsis olunandan sonra mərkəz 30-a qədər partiyanı birləşdirəcək. VHP sədri onu da bildirib ki, MKM-də yalnız "Azadlıq" və "Yeni Siyasət" seçki bloklarının üzvləri təmsil olunmayacaqlar.

VHP sədri bildirib ki, seçki ərəfəsində yarandığına görə MKM seçkiyə yardım bloku kimi fəaliyyət göstərəcək. Onun fikrincə, bu qurum seçki blokuna çevrilməyəcək, burada təmsil olunan partiyaların fəaliyyətini koordinasiya edəcək, seçkilərin demokratik keçirilməsi üçün onların səylərini birləşdirəcək. Lakin MKM-də birləşəcək partiyaların namizədləri parlament seçkisində bir-birinə mane olmayacaq: "seçki dairələri üzrə namizədlərin müəyyənləşməsində partiyalar arasında razılaşdırma olacaq. Mən hesab edirəm ki, seçki dairələri üzrə ciddi toqquşma olmayacaq. Amma biz mümkün olan qədər razılığa gələcək və namizədləri müəyyən edəcəyik. Razılığa gələ bilmədiyimiz seçki dairələrindən namizəd verilməsi məsələsi isə açıq saxlanılacaq" -deyə S.Rüstəmxanlı bildirib.

Xəbər lenti

Xəbər lenti