...

PATRİK MERLO: AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİNİN MONİTORİNQİ ÜZRƏ MƏHDUDİYYƏTLƏR ARADAN QALDIRILMALIDIR

Siyasət Materials 14 İyul 2005 15:47 (UTC +04:00)

Azərbaycanda maliyyə aktivlərinin 30 faizi xaricdən alınan maliyyə yardımlarının hesabına doldurulan qeyri-hökumət təşkilatlarının parlament seçkilərinin monitorinqinə buraxılmaması barədə çıxarılan qərar fenomendir.

Trend in məlumatına görə, belə bir bəyanatla iyulun 14-də Bakıda keçirilən mətbuat konfransında ABŞ Milli Demokratiya İnstitutunun (NDI) seçki proqramlarının rəhbəri Patrik Merlo (Patrick Merloe) çıxış edib.

Merlo qeyd edib ki, hələ dünyanın heç bir ölkəsində buna bənzər qanunqanunverici akt yoxdur və bu cür addımlar demokratiyanın birbaşa pozulması deməkdir.

"Mən dünyanın bir çox ölkələrində onlarla seçki monitorinqində iştirak etmişəm. Lakin belə qanun layihəsinə ilk dəfədir ki, rast gəlirəm" - deyə Merlo qeyd edib. Onun sözlərinə görə, QHT-nın fəaliyyətinə qoyulan hər hansı bir məhdudiyyət birmənalı şəkildə aradan götürülməlidir.

NDI-nin nümayəndəsi həmçinin qeyd edib ki, 2003-cü ildə keçirilən prezident seçkiləri zamanı seçici siyahılarının tərtibində bəzi problemlər yaranmışdı.

O, Azərbaycanın Mərkəzi Seçki Komissiyasını (MSK) dəqiq siyahıların tərtibinə xüsusi diqqət yetirməyə çağırıb və qeyd edib ki, xüsusi rəngdən istifadə olunması əhalinin səsvermənin yekunlarına etimadının təminatı üçün əsas arqumentdir.

Sonda Patrik Merlo respublikanın yerli idarəetmə orqanlarını müxalifətin keçirdiyi aksiyaları dəstəkləməyə çağırıb və qeyd edib ki, prezidentin 11 may tarixli "Azərbaycanda seçki təcrübəsinin təkmilləşdirilməsi barədə" fərmanı məhz bütün seçki prosesinin qurulmalı olduğu bazadır.

Xəbər lenti

Xəbər lenti