...

DİP SƏDRİ ASİM MOLLAZADƏ ABŞ-IN ENTERPRAYZ İNSTİTUTUNDA VƏ KARNEQİ FONDUNDA ÇIXIŞ EDİB

Siyasət Materials 19 İyul 2005 15:58 (UTC +04:00)
DİP  SƏDRİ  ASİM MOLLAZADƏ  ABŞ-IN  ENTERPRAYZ İNSTİTUTUNDA  VƏ KARNEQİ FONDUNDA ÇIXIŞ EDİB

İyulun 15-dən ABŞ-da işgüzar səfərdə olan Demokratik İslahatlar Partiyasının(DİP) sədri, millət vəkili Asim Mollazadə Vaşinqtonda artıq bir sıra görüşlərdə iştirak edib. Bu haqda Trend ə DİP-in mətbuat xidmətindən bildirilib.

Məlumatda, iyulun 18-də DİP sədrinin ABŞ-ın iki aparıcı araşdırma mərkəzində - Enterprayz İnstitutunda və Karnegi Fondunda çıxış etdiyi bildirilir.

DİP sədri öz çıxışında Azərbaycanda seçkiqabağı vəziyyət barədə məlumat verərək həmçinin, seçkilərin demokratik keçirilməsi üçün zəruri olan islahatlara toxunub.

DİP-in məram və məqsədləri barədə məlumat verən Asim Mollazadə, daha sonra görüş iştirakçılarına rəhbərlik etdiyi partiyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair mövqeyini ifadə edib.

Asim Mollazadə, öz çıxışında Azərbaycanda demokratik parlament seçkilərinin keçirilməsinin ölkədə sabitliyin və inkişafın əsas təminatı olacağını xüsusilə vurğulayıb. DİP sədri, həmçinin, çıxışlarında ABŞ-Azərbaycan münasibətlərinə də toxunub.

Məlumatda, DİP sədrinin iyulun 20-də "Ağ Ev", Dövlət Departamenti və Pentaqonda görüşlər keçirməsinin nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, DİP sədri Asim Mollazadənin ABŞ səfəri həftəsonu başa çatacaq.

Xəbər lenti

Xəbər lenti