...

BMT AK BAKI OFİSİNİN YENİ RƏHBƏRİ AZƏRBAYCAN HÖKUMƏTİNİN RƏSMİ ŞƏXSLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRİR

Siyasət Materials 25 İyul 2005 14:26 (UTC +04:00)

BMT Ali Komissarlığının (BMT AK) Azərbaycana yeni təyin edilmiş nümayəndəsi Uilyam Poll vəzifələrinin icrasına başlayıb. BMT AK-nın Bakı ofisindən Trend ə verilən məlumata görə, o, artıq Azərbaycan hökumətinin rəsmi nümayəndələri ilə tanışlıq xarakteri daşıyan görüşlər keçirməyə başlayıb.

U.Poll ABŞ vətəndaşıdır. BMT AK-nın Azərbaycanda nümayəndəsi təyin olunana qədər o, Vladiqafqaz şəhərində (Rusiya Federasiyası) BMT AK-nın Bakı ofisinə rəhbərlik edib. BMT AK-dan verilən məlumata görə, əvvəlki nümayəndə Martin Louell isə Cenevrəyə, təşkilatın baş ofisinə qayıdıb.

BMT AK-nın Azərbaycandakı yeni nümayəndəsinin ilk planlarına ölkədə qaçqın və məcburi köçkünlərin , həmçinin üçüncü ölkədən Azərbaycana gəlmiş qaçqınların vəziyyəti ilə tanış olmaq daxildir. Ofisin yeni rəhbəri gələcək əməkdaşlığa dair planlarını ölkə hökumətinə təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti