Trend agentliyi bildirir ki, sərbəst və yunan-roma güləşi üzrə 2007-ci ildə Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məsələləri avqustun 5-də Azərbaycan prezidenti İlham Əliyev və Beynəlxalq güləş federasiyaları assosiasiyasının (FILA) başçısı Rafael Martinettinin görüşündə müzakirə edilib.
FILA -nın prezidenti qarşıdakı dünya çempionatına hazırlıq sahəsində işlərin qənaətbəxş gedişini qeyd edərək bu çempionatın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.
İdman sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətlər barədə qonağa məlumat verən prezident İ.Əliyev bu çempionatın Azərbaycanda keçiriləcək ilk dünya çempionatı olmasından məmnunluğunu bildirib.
Prezidentin sözlərinə görə, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi ölkənin idman sahəsində qazandığı uğurlara sübutdur.