...

ƏLİ KƏRİMLİ GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİYƏ MÜRACİƏT EDİB

Siyasət Materials 19 Avqust 2005 19:55 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimli "Yeni fikir" gənclər təşkilatının rəhbəri Ruslan Bəşirli ilə bağlı məsələnin araşdırılmasına yardım göstərməsi üçün Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət edib.

Bu barədə Trend ə AXCP-dən məlumat verilib. Müraciətdə Ruslan Bəşirli ilə Tbilisidə görüşmüş şəxslərin kimliyinin obyektiv araşdırılması, bu hadisəylə bağlı həqiqətlərin üzə çıxması məqsədilə prezident M.Saakaşvilinin Gürcüstan hüquq-mühafizə orqanlarının müvafiq tədbirlər görməsinə sərəncam verməsi xahiş olunur.

AXCP-dən o da bildirilib ki, "Realnaya Azerbaydjan" qəzetinin 19 avqust tarixli sayında dərc olunmuş AXCP sədrinin Gürcüstan prezidentinə göndərdiyi məktub həmin müraciətin əsli deyil, qəzet redaktorunun özündən yazdığı, imzasız saxta bir müraciətdir.

Xəbər lenti

Xəbər lenti