...

SERGEY LAVROV: MDB ÖLKƏLƏRİNİN XİN RƏHBƏRLƏRİ BÜTÜN QAYĞILARI ARADAN QALDIRMAĞA ÇALIŞIRLAR

Siyasət Materials 23 Avqust 2005 14:15 (UTC +04:00)

(RİA "Novosti") - Birlik ölkələrinin XİN rəhbərləri Moskvada keçirilən görüşdə münasibətlərdəki bütün qayğıları aradan qaldırmağa çalışırlar. Bu barədə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Ümid edirəm ki, bu gün bütünü məsələləri müzakirə edəcəyik və bütünü problemləri aradan qaldıracağıq ", - deyə Rusiyanın XİN-nin rəhbəri MDB ölkələri xarici işlər nazirlərinin Şurasının iclasını açarkən bəyan edib.

"Bu gün qarşımızda MDB dövlətlərinin çoxtərəfli qarşılıqlı mühüm məsələləri müzakirə etmək durur ", - deyə Lavrov qeyd edib. Onun fikrincə, nəzərdən keçirilmək üçün daha çox mühüm problematika Birliyin orqanlarının təkmilləşdirilməsi və onlarda islahatların aparılmasıdır.

Bundan başqa, Lavrov bildirib ki, görüşün iştirakçıları humanitar və sosial məsələləri müzakirə edəcəklər. Lavrov həmçinin bildirib ki, iclasda humanitar əməkdaşlıqbarədə razılaşmalara yenidən baxılacaq, uzunmüddətli perspektivdə qarşılıqlı fəaliyyətin forma və prinsiplərini müzakirə ediləcək. Onun sözlərinə görə, gündəlikdə həmçinin dünya ictimaiyyətinə müraciətin layihələri də var ki, onlar təsdiq olunmaq üçün MDB dövlət başçılarına təqdim olunacaq.

Onların arasında Birlik ölkələrinin liderlərinin BMT-nin yaranmasının 60 illiyi münasibətilə bəyanatı, MDB və xalqlarına və dünya ictimaiyyətinə Çernobvl AES-dakı qəzanın 20 illiyi ilə bağlı müraciətvə, 2006-cı ildə Müstəqil Dövlətlər Birliyinin yeniləşməsi barədə qərar da var. "Son vaxtlar bütün bu işlərlə bağlı bir çox işlər görülüb ", - deyə Lavrov bildirib.

Rusiya XİN-nin rəhbəri xatırladıb ki, MDB xarici işlər nazirlərinin Şurasının iclası Birliyin avqustun 26-da Kazanda Tatarıstan paytaxtının min illik bayram təntənələrinin çərçivəsində keçiriləcək sammiti ərəfəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti