"İslahat" blokundan seçkilərdə iştirak etmək üçün namizədliyini vermək istəyən şəxslərə qadağa qoymuşuq. Bu, vaxtın azlığı və işimizin çoxluğu ilə bağlıdır". Bu barədə Trend agentliyinə "İslahat" seçki blokunun təsisçilərindən olan iqtidaryönlü partiyaların Məşvərət Məclisinin sədri və Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Məmməd Əlizadə bildirib.
M.Əlizadə onu da bildirib ki, "İslahat" blokundan namizədliyi verilən 40 nəfərdən 23-ü rəsmi qeydiyyata alınıb. 17 namizəd isə hələ imzatoplama kampaniyasını başa vurmayıb: "Planlaşdırmışıq ki, iki gün ərzində imzatoplama kampaniyasını yekunlaşdıraq".
"İslahat"da təmsil olunan dörd partiya sədrindən ikisi - Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov və Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin imzatoplama kampaniyası yekunlaşıb: "Mən və Respublikaçılar Partiyasının sədri Sübut Əsədovun sənədləri avqustun 26-da seçki komissiyalarına təhvil veriləcək".