"Biz hərbi bazalarımızı Azərbaycan ərazisində yerləşdirməyə hazırlaşmırıq". Trend in məlumatına görə, bunu avqustun 26-da jurnalistlərlə söhbətində ABŞ-ın Azərbaycandakı səfiri Rino Xarniş bildirib.
Diplomat qeyd edib ki, Vaşinqton rəsmi Bakıya belə təkliflə müraciət etməyib və bu barədə həm prezident İlham Əliyev, həm də XİN başçısı Elmar Məmmədyarov tərəfindən də dəfələrlə bildirilib.
Pentaqon rəhbəri Donald Ramsfeldin Bakıya səfəri məsələsinə gəlincə isə, Rino Xarniş ABŞ-ın Bakıdakı diplomatik nümayəndəliyinə belə məlumatın daxil olmadığını bildirib.