...

BAKIDA "DÖVLƏT İNVESTİSİYALARI VƏ SƏMƏRƏLİLİK" LAYİHƏSİNİN TƏQDİMATI KEÇİRİLİB

Siyasət Materials 26 Avqust 2005 14:41 (UTC +04:00)

Avqustun 26-da Bakıda "Dövlət investisiyaları və səmərəlilik" layihəsinin təqdimat mərasimi keçirilib. Trend in məlumatına görə, layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAID və Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən reallaşdırılır.

Laiyhənin dörd əsas istiqamət var:

- İnvestisiya siyasətinin, strategiyasının, əsas gəlirlərin formalaşması üçün milli və sektor məqsədlərinin, eləcə də müvafiq proqramlar və strateji inkişaf prioritetlərinə müvafiq ortamüddətli makro və sektor planlaşdırmalarının müəyən edilməsi;

- Dövlət sektorunda əsas xərclərin orta müddətli xərclər sxemi çərçivəsində formalaşması prosesi və onun dövlət büdcəsi ilə əlaqələndiriməsinə çevrilməsinin təkmilləşdirilməsi;

- Bütün büdcə təşkilatlarının və dövlət şirkətlərinin Dövlət investisiyası layihəsinin reallaşdırıldığı dövrdə səmərəli fəaliyyətini təmin etmək üçün institusional və texniki personalının gücləndirilməsinin zəruriliyi;

- Yuxarıda göstərilən komponentlərin yerinə yetirilməsi üçün ABŞ və Azərbaycanın aparıcı tədris şirkətləri tərəfindən işlənib hazırlanmış və təqdim olunmuş proqramlardan istifadə.

Layihənin dəyəri 4 milyon dollar təşkil edir. Onun reallaşdırılması müddəti 2,5 il və 2007 ilə qədər davam edəcək. Layihə çərçivəsində pilot idarələr kimi nəqliyyat, sənaye və energetika, təhsil, ekologiya və təbii ehtiyatlar, gənclər, idman və turizm Nazirlikləri müəyyən edilib. 2006-2007-ci illərdə lpyihənin icra olunmasına kənd təsərrüfatı, səhiyyə, rabitə və informasiya, əmək və sosial müdafiə Nazirlikləri, Özəlləşdirmə və özəllədirmə sektorunun inkişafı departamenti, kiçik və orta müəssisələr də qoşulacaq.

Xəbər lenti

Xəbər lenti