...

"TOXUMÇULUQ HAQQINDA" QANUNA DƏYİŞİKLİKLƏR BƏYƏNİLİB

Siyasət Materials 29 Avqust 2005 17:23 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, avqustun 29-da Azərbaycan Milli Məclisinin (MM) payız sessiyasının iş planı aqrar siyasət üzrə parlament komissiyası tərəfindən müzakirə olunub.

Komissiyanın sədri Eldar İbrahimov məlumat verib ki, komissiya MM-in yaz və növbədən kənar sessiyaları dövründə səmərəli işləyib və bir sıra qanun layihəsi parlamentarilərin müzakirəsinə çıxarılaraq təsdiqlənib.

Komissiya "Fitosanitariya haqqında", Balıqçılıq təsərrüfatı haqqında" qanun layihələrinin, həmçinin "Toxumçuluq haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsinin işlənib hazırlanmasını başa çatdırmaq niyyətindədir.

Sonuncu qanun layihəsində orijinal toxumların yetişdirilməsi, bunun üçün əkin sahələrinin ayrılması, , toxumların təmizliyi və xəstəliklərə qarşı dözümlülüyünün təmin olunması, toxumçuluq subyektinin vəzifə və hüquqları, bu sahədə müəllif hüquqlarının müdafiəsi, toxumçuluğun dövlət tərəfindən müdafiəsi, toxumçuluq sahəsində beynəlxalq əməkdaşlıq və digər bəndlər öz əksini tapıb.

E.İbrahimovun sözlərinə görə, hazırda respublikada 20 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir, onların yarısı özəldir. Belə təsərrüfatlar toxuma olan tələbatı az da olsa ödəyir. Lakin aparılmış tədqiqatlar göstərir ki, toxumçuluq təsərrüfatlarının dövlət tərəfindən müdafiəsinə böyük ehtiyac var.

Bununla əlaqədar, bir sıra qanun layihələrinə dəyişikliklərin edilməsi, belə təsərrüfatlara maliyyə yardımının göstərilməsi, dövlət tərəfindən sığortalanması nəzərdə tutulur.

"Toxumçuluq haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi deputatların müzakirəsinə çıxarılmaq üçün bəyənilib.

Xəbər lenti

Xəbər lenti