...

KİM TRAAVİK: NORVEÇ TÜRKİYƏ İLƏ ERMƏNİSTAN ARASINDAKI SƏRHƏDİN AÇILMASI TƏRƏFDARIDIR

Siyasət Materials 1 Sentyabr 2005 20:37 (UTC +04:00)

Norveç Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılması tərəfdarıdır. Trend agentliyi bildirir ki, sentyabrın 1-də Bakıda keçirilən mətbuat konfransında Norveç xarici işlər nazirliyinin dövlət katibi Kim Traavik belə bir bəyanatla çıxış edib.

K.Traavikin sözlərinə görə, sərhədin açılması bütün Cənubi Qafqaz regionunun inkişafına müsbət təkan verər, amma həmin məsələ üzrə son qərar Ankara və İrəvanın suveren hüququdur.

"Biz ümid edirik ki, sərhəd çox yaxın zamanlarda açılacaq"-deyə K. Traavik vurğulayıb.O, bildirib ki, normal şəraitdə sərhədin açılması şübhəsiz, müsbət prosesdir, "amma hər şey regionun özündə olan vəziyyətdən asılıdır".

Xəbər lenti

Xəbər lenti