Avqust ayı ərzində Azərbaycanın Dövlət sərhəd xidməti (DSX) tərəfindən axtarışda olan 35 nəfər saxlanılıb. Trend agentliyi bildirir ki, bu barədə DSX-nin məlumatında deyilir.
Ay ayı ərzində dövlət sərhədinin mühafizəsi zamanı 2 Türkiyə, 1 Qırğızıstan və 1 Bolqarıstan vətəndaşı saxta sənədlərlə, 2 Gürcüstan vətəndaşı başqasına məxsus sənədlə, müxtəlif ölkələrin 56 vətəndaşı isə müvafiq sənədləri olmadığına görə saxlanılıb.
Həmçinin vizaların olmamasına görə, 4 Banqladeş, 5 - Hindistan, 2 - Pakistan, 2 - İran, 2 - Türkiyə, 1 - Avstriya, 1 - Qazaxıstan, 1 - Səudiyyə Ərəbistanı, 1 - İordaniya, 1 - Türkmənistan, 1 - Əfqanıstan və 1 - Mərakeş vətəndaşı, şübhəli şəxs qismində 3 Almaniya, 3 - Çexiya, 2 - Qırğızıstan, 1 - Rusiya, 1 - Azərbaycan və 1 - Güyrcüstan vətəndaşı saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Bununla yanaşı 16 halda dövlət sərhədinin pozulmasının qarşısı alınmış, nəticədə 4 Gürcüstan, 3 Azərbaycan, 3 İran və 1 Ukrayna vətəndaşı sərhəd pozucusu qismində tutulmuş, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 Azərbaycan və 4 Gürcüstan vətəndaşı saxlanılıb.