...

"YENİ BAKI VƏ VYANA" AVSTRİYA-AZƏRBAYCAN CƏMİTƏYYƏTİ "BİZ ŞAMI KİMİ!" ADLI AKSİYA KEÇİRİR

Siyasət Materials 6 Sentyabr 2005 13:53 (UTC +04:00)
"YENİ BAKI VƏ VYANA" AVSTRİYA-AZƏRBAYCAN CƏMİTƏYYƏTİ "BİZ ŞAMI KİMİ!" ADLI AKSİYA KEÇİRİR

Avstriya və Azərbaycan yığma komandaları arasında dünya çempionatının seçmə matçı ərəfəsində "Yeni Bakı və Vyana" Avstriya-Azərbaycan cəmiyyəti Bakıda mətbua konfransı keçirib. Burada "Biz hamı kimi!" xeyriyyə aksiyası barədə müfəssəl məlumat verilib. Cəmiyyətin prezidenti Nedp Bergerin Trend ə verdiyi məlumata görə, 2005-ci ildə "Yeni Bakı və Vyana" cəmiyyəti özünün beş illiyini qeyd edir və bununla əlaqədar "Biz hamı kimi!" aksiyasına başlanılıb.

Aksiya çərçivəsində sentyabrın 6-da Bakıdakı Opera və Balet Teatrında Daum sindromlu uşaqlar üçün xeyriyyə konserti keçiriləcək. "Azərbaycanda Avropada yeganə Daum sindromlu uşaqlar üçün "Sorvantsı" ("Dəcəllər") teatrı fəaliyyət göstərir və biz şadıq ki, nə iləsə onlara kömək edə bilirik. Axı məhz bu teatrın sayəsində uşaqlardan bir çoxu danışmağa başlayıb", -deyə N. Berger qeyd edib.

Cəmiyyətin prezidenti onun rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışaraq bildirib ki, son illər Azərbaycanda olduğu kimi, Avsriyada da iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edən tədbirlər keçirilib. Həmçinin, avqustun 24-də Vyanada "Azərbaycan. Od Tanrısının ölkəsində turizm" adlı tədbirin təqdimatı keçirilib.

Sonda, Avstriya Futbol Federasiyasının (ÖFB) "Sorvantsı" teatrının bədii rəhbəri Zərifə Məmmədovaya pul yardımı olan zərf təqdim ediblər.

Qeyd edə ki, Daum sindromlu uşaqlar üçün xeyriyyə konsertinin sponsoru Rakbitə və informasiya texnologiyaları naziri Əli Abbasov və ÖFB-in prezidenti Frindirh Ştiklerdir.

Mətbuat konfransında ölkələrinin milli futbol komanqdası ilə Bakıya gələn çoxlu sayda jurnulistlər də iştirak edirdi.

Xatırladaq ki, bazar ertəsi Vyanadan Bakıya 100 nəfərdən ibarət nümayəndə heyəti gəlib ki, onların tərkibinə Avstriyanın iki futbol komandası: "U-21" yığması və milli komanda, həmçinin Avstriya komandalarının 30 sponsoru və 50 KİV nümayəndəsi də var. Azərbaycan -Avstriya matçı bu gün axşam keçiriləcək.

Xəbər lenti

Xəbər lenti