Bu həftə Naxçıvan Muxtar Respublikasının (NMR) qazla təminatının bərpası layihəsi çərçivəsində azərbaycan-iran sərhədində Astara şəhəri yaxındığında qaz kompressor stansiyasının açılış mərasimi olacaq. Trend in məlumatına görə, bu barədə Azəriqaz QSC-nin sədr müavini Nazim Səmədzadə sentyabrın 6-da mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, mərasimdə prezident İlham Əliyevin iştirakı gözlənilir.
"Obyektin istismara verilməsindən sonra 10-15 gün ərzində avadanlıqlar sınaqdan keçiriləcək. Sentyabrın 20-22-də isə İrana qaz tədarükünün başlanacağı nəzərdə tutulub. İranla bağlanmış müqaviləyə əsasən biz 55 atmosfer təzyiqi altında qaz tədarük etməliyik", - deyə N.Səmədzadə qeyd edib.
QKZ-nin inşası Sumsk maşınqayırma, NEZ (Ukrayna) tərəfindən həyata keçirilir. Müqavilənin dəyəri 80 mlrd manatdır (təxminən $17 mln).