...

OKTYABRDA AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ AZƏRBAYCANA NÖVBƏTİ SƏFƏR EDƏCƏK

Siyasət Materials 6 Sentyabr 2005 15:32 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Andreas Qross oktyabrda Bakıya səfər etmək niyyətindədir.Sentyabrın 6-da Trend agentliyinə eksklüziv müsahibəsində həmməruzəçi Andres Herkel bu barədə bildirib.

"Bundan öncə, səfərin sentyabrın ortalarında keçirilməsi planlaşdırılırdı.Amma bu, Bakı tərəfdən deyil, Strasburq tərəfdən qəbul edilmədi"-deyə o qeyd edib.

A.Herkel səfərin oktyabr ayı ərzində baş tutacağını qeyd edib, amma səfərin dəqiq tarixi hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti