...

AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİ AVSTRİYADADIR

Siyasət Materials 6 Sentyabr 2005 16:03 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyada səfərdədir. XİN-in mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, o, sentyabrın 6-da ATƏT-in Vyanadakı Daimi Şurasında bu təşkilatın Azərbaycanla əməkdaşlığı və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair nitqlə çıxış edəcək.

Sentyabrın 7-də nazirin Avstriyaya rəsmi səfər başlayır. Avstriya prezidenti Xaynts Fişer, xarici işlər naziri Ursula Plassniklə görüşlər və ikitərəfli əlaqələrin inkişafı məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Səfər çərçivəsində E.Məmmədyarov ATƏT-in baş katibi və ATƏT şurasının üzvləri ilə görüşəcək, BMT-nin Vyanadakı şöbələrinə baş çəkəcək.

Səfər sentyabrın 8-nə kimi davam edəcək.

Xəbər lenti

Xəbər lenti