...

USAID AZƏRBAYCANDA VƏTƏNDAŞ CƏMİYYƏTİNİN İNKİŞAFI LAYİHƏSİNİN REALLAŞDIRILMASI ÜZRƏ RAZILAŞMANIN İMZALANDIĞINI ELAN EDİB

Siyasət Materials 7 Sentyabr 2005 18:06 (UTC +04:00)

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Vaşinqtonla Bakı arasında texniki əməkdaşlığın genişləndirilməsi çərçivəsində Azərbaycanda vətəndaş cəmiyyətinin reallaşması üzrə "Counterpart International" qeyri-hökumət təşkilatı ilə müqavilənin imzalandığını elan edib. Trend in məlumatına görə, bu barədə sentyabrın 7-də ABŞ-ın Bakıdakı səfirliyində dərc olunmuş məlumat bildirilib.

"Layihənin əsas məqsədi Azərbaycan hökumətini və xalqını demokratik normaların inkişafına can atmasına dəstəkdir", - deyə səfirliyin məlumatında bildirilir.

Qeyd edilir ki, ""USAID" tərəfindən vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi məqsədilər hazırlanan və dəyəri 15.5 milyon dollar olan layihə "siyasi plyuralizmin və iqtisadi inkişafın bəhrələrini vətəndaş cəmiyyətinə çatdırmağı" təklif edir.

Layihənin bir hissəsi Azərbaycanın QHT-nə ümumi dəyəri 6 milyon dollar olan kiçik qrantlar ayrılmasını nəzərdə tutur.

Layihənin yerdə qalan xərclərinin hissəsi müəssisələrdə treninqlərin keçirilməsinə, həm Azərbaycanda və həm də xaricdə ixtisaslaşma üzrə proqramların həyata keçirilməsinə, ölkədə konsultativ xidmətlərin və hüquqi şəraitin yaxşılaşdırılmasına sərf ediləcək.

Qeyd edək ki, "Counterpart International"-ın mənzil-qərargahı ABŞ-da yerləşir. Təşkilatın özü isə artıq buna bənzər layihələri Orta Asiya respublikalarında və Əfqanıstanda həyata keçirib.

Xəbər lenti

Xəbər lenti