...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKU 41 NAMİZƏDİNİN TƏBLİĞATINA SEÇKİ FONDUNDAN PUL AYIRACAQ

Siyasət Materials 14 Sentyabr 2005 18:43 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr (AQ) seçki bloku təsisçilərinin sentyabrın 14-də keçirilən toplantısında müzakirə olunan əsas mövzu seçki təbliğatı ilə bağlı olub" Bu barədə Trend ə AQ seçki blokunun təsisçilərindən olan Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

AQ seçki blokundan qeydə alınan 41 namizəd üçün təbliğat vasitələrinin hazırlanması ilə bağlı xüsusi qrupun yaradıldığını bildirən T.Kərimli bir qədər maliyyə cəhətdən korluq çəkdiklərini qeyd edib: "Biz digər bloklar kimi xaricdən maliyyələşmədiyimiz üçün bütün gücü öz üzərimizə götürmüşük".

T.Kərimli onu da bildirib ki, bu məsələni həll etmək üçün AQ seçki blokunun Seçki fondundan istifadə ediləcək: "Bu fond da blokumuzda təmsil olunan imkanlı şəxslərin hesabına yaradılıb. Artıq fonddan kimin təbliğatı üçün nə qədər vəsaitin ayrılacağı barədə plan üzərində işlənilir".

Partiya sədri oktyabrın əvvəllərində AQ seçki blokunun təsisçilərinin bölgələrə səfərlər edəcəklərini də diqqətə çatdırıb: "Sentyabr ayında namizədlərimizin təbliğat və təşviqat işlərinə hazırlığı yekunlaşdırıb buna oktyabrın əvvəllərində start götürəcəyik".

Xəbər lenti

Xəbər lenti