...

İLYAS İSMAYILOV: "PREZİDENTİN MÜDAFİƏ XƏRCLƏRİNİN ARTIRILIMASI İLƏ BAĞLI VERDİYİ VƏD ALQIŞLANMALIDIR"

Siyasət Materials 14 Sentyabr 2005 18:46 (UTC +04:00)

"Demokratik Azərbaycan seçki blokunun təsisçilərindən olan Ədalət Partiyasının sədri İlyas İsmayılov prezident İlham Əliyevin gələn ilin dövlət büdcəsində müdafiə xərclərinin iki dəfədən çox artırılacağı barədə verdiyi vədi alqışlayıb". Bu barədə Trend agentliyinə Ədalət Partiyasının Mətbuat Xidmətindən bildiriblər.

O da qeyd olunub ki, 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsindən namizəd olan İ.İsmayılov sentyabrın 14-də seçicilərlə görüşündə ordunun təminat-təchizat işinin yaxşılaşdırılmasına paralel olaraq Silahlı Qüvvələrə dövlətin nəzarət mexanizminin də gücləndirilməsinin vacibliyini qeyd edib.

İ.İsmayılov onu da bildirib ki, Silahlı Qüvvələrə ayrılacaq vəsaitin düzgün və təyinatı üzrə xərclənməsi üçün bu sahəyə nəzarət edən strukturların işinin təkmilləşdirilməsinə də ciddi ehtiyac var.

"Hazırda beynəlxalq aləm Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün Azərbaycan hakimiyyətinə təzyiqlər göstərir" - deyən İ.İsmayılov Azərbaycanın geri çəkilmək fikrində olmadığını da bildirib.

İ.İsmayılov onu da vurğulayıb ki, Ermənistanın mövcud iqtisadi potensialı və insan resursu Azərbaycanla uzunmüddətli müharibəyə davam gətirəcək səviyyədə deyil: "Azərbaycanın isə belə rəqabətə böyük potensialı var".

Xəbər lenti

Xəbər lenti