...

BAKIDA "BALKANLARDA VƏ QAFQAZDA SOSİAL-SİYASİ İSLAHATLAR" MÖVZUSUNA DAİR KOLLOKVİUM KEÇİRİLƏCƏK

Siyasət Materials 19 Sentyabr 2005 18:16 (UTC +04:00)

Sentyabrın 21-də Bakıda "Balkanlarda və Qafqazda sosial-siyasi islahatlar" mövzusuna dair kollokvium keçiriləcək. Fransanın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, tədbir İstambul fransız araşdırmaları institutu və Fransanın Bakıdakı mədəni mərkəzinin birgə səyləri ilə təşkil olunacaq.

Tədbirin keçirilməsində məqsəd - sosializmin dağılmasından sonra dövlətlərin siyasi, sosial, iqtisadi seçim və modellərinin müqayisəli təhlilidir.

Kollokviumun işində Balkan araşdırmalar institunun direktoru, Yunanıstan Aristotel Universitetinin professoru Yanis Murelos, Parisin siyasi tədqiqatlar institutundan Tomike Qordadze, İstambul fransız araşdırmalar institundan Bayram Balcı, həmçinin, Fransanın Azərbaycandakı səfiri Rolan Blatman, ölkəmizdəki müxtəlif araşdırmalar mərkəzlərinin nümayəndələri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti