...

ASİM MOLLAZADƏ MƏRKƏZİ ASİYA VƏ QAFQAZ İNSTİTUTUNUN NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 20 Sentyabr 2005 18:25 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Molllazadə partiyanın mənzil-qərargahında Mərkəzi Asiya və Qafqaz İnstitutunun araşdırmalar üzrə proqram direktoru Svante Kornellə görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib. Görüşdə Demokratik islahatlar Partiyası, partiyanın namizədləri, onları təmsil etdikləri dairələrdəki vəziyyət, seçkiöncəsi üzləşdikləri çətinliklər, ölkədəki seçkiqabağı durum, seçki prosesindəki mənfi və müsbət cəhətlər barədə müzakirələr aparılıb.

Asim Mollazadə Svante Korneli maraqlandıran sualları cavablandırıb. Ona ölkədəki ümumi ictimai-siyasi vəziyyət, Qarabağ problemi barədə də ətraflı məlumat verib. Görüşdə DİP sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Eldar Cahangirov da iştirak edib.

Xəbər lenti

Xəbər lenti