...

"QARANQUŞ" BATALYONUNUN ÜZVÜ KİMİ ÖMÜRLÜK HƏBSƏ MƏHKUM EDİLMİŞ DUSTAQ GÜNAHSIZ OLDUĞUNU İDDİA EDİR

Siyasət Materials 22 Sentyabr 2005 18:25 (UTC +04:00)

Sentyabrın 22-də Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Zeyqəm Hüseynovun sədrliyi ilə Qobustan Qapalı Həbsxanasında ömürlük cəza çəkən Nadir Məhərrəmovun məhkəmə prosesi keçirilib. Trend məlumat verir ki, Nadir Məhərrəmov 1990-cı illərin əvvəlində "Qaranquş" kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilib.

Nadir Məhərrəmov əvvəllər işinə Ali Məhkəmə tərəfindən baxılması ilə bağlı dəfələrlə müraciət edib. Lakin bu müraciətlər hər dəfə baxılmamış qalıb. Ötən ay isə o, Qobustan Qapalı Həbsxanasında aclıq aksiyası keçirənlərə qoşulub. Bundan sonra onun kassasiya şikayəti Ali Məhkəmə tərəfindən icraata götürülüb. Lakin məhkum Nadir Məhərrəmov hakim Zeyqəm Hüseynovun sədrliyi ilə keçən məhkəmə iclasında heç bir müsbət nəticə əldə edə bilməyib. Belə ki, hakim kassasiya şikayətinin müddətinin ötdüyünü hesab edib və şikayətin baxılmamış saxlanılması ilə bağlı qərar çıxarıb.

Məhkumun vəkili Elman Osmanov hakimin qərarını ədalətsiz hesab edib və bildirib ki, yaxın 10 gün ərzində qərarı əldə edəndən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək.

Xəbər lenti

Xəbər lenti