...

SİLAHLI QÜVVƏLƏRİMİZİN NÜMAYƏNDƏLƏRİ BİR SIRA TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏKLƏR

Siyasət Materials 23 Sentyabr 2005 12:33 (UTC +04:00)

Sentyabrın 25-dən başlayaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri hərbi əməkdaşlıq proqramlarına uyğun olaraq bir sıra tədbirlərdə iştirak edəcəklər. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sentyabrın 25-də NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Almaniyanın Qarmiş-Partenkirxen şəhərində "Xəzər hövzəsinə enerji təhlükəsizliyi" mövzusunda konfrans başlanacaq. Tədbir sentyabrın 28-dək davam edəcək.

Sentyabrın 26-dan isə həmin ölkədə "Beynəlxalq humanitar hüquq və mövcud münaqişələr: yeni dilemmalar və problemlər" mövzusunda 3 günlük konfransın keçirilməsi nəzərdə tutulub.

Sentyabrın 26-dan 30-dək Albaniyanın Tirana şəhərində "Combined Endeavor-2006" təliminin kompensasiya planlaşdırma, sentyabrın 28-dən 30-dək İsveç Krallığının Stokholm şəhərində "Hərbi əməkdaşlığın koordinasiyası" üzrə konfrans keçiriləcək.

Sentyabrın 26-dan Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Aktau şəhərində "Zabitlərin və kiçik mütəxəssislərin hazırlığı, Hərbi Dəniz Qüvvələrinin infrastrukturunun və gəmilərin təmiri" üzrə təcrübə mübadiləsi keçiriləcək. Tədbir iki gün davam edəcək.

Sentyabrın 27-dən isə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Minsk şəhərində "Xilasedicilərin hazırlanmasında müasir tendensiyalar. Xilasedicilərin hazırlanması üzrə beynəlxalq mərkəz - reallıq və perspektivlər" mövzusunda seminar keçiriləcək. Tədbir sentyabrın 28-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti